TRUST AQUA BİOLOJİ TƏMİZLƏMƏ QURĞUSU
ECO Logistics & Waste management MMC – yə məxsus Hacıqabul Sənayə Məhəlləsində yerləşən “Trust Aqua - Biocleanwater” tipli qurğu sutkada 1250 m su təmizləmə gücünə malikdir. Burada təmizlənən çirkab suları daha sonra yaşıllıq zonasının suvarılması və digər texniki məqsədlər üçün istifadə olunur. Təmizlənmiş suyun laboratoriyada mütəmadi yoxlanılması üçün tam şərait yaradılıb.
Avadanlıq iki yanma kamerasından ibarətdir. Onun birinci kamerasında üzvi maddələrin termik parçalanması həyata keçirilir və nəticədə yanmayan kül alınır. Bundan sonra ikinci kamerada qazlar tam oksidləşərək karbon qazı və su buxarı əldə edilir. Yanma prosesi 800 dərəcə C temperaturda həyata keçirilir. Kameralar xüsusi odadavamlı astarla təchiz olunub ki, bu da onların 10.000 saat müddətində işləməsini təmin edir.
Bioloji bölmədə çirkab sularındakı üzvi maddələr aerob bakteriyalar tərəfindən oksigendən istifadə edilərək karbon qazına, suya və yeni bakteriya hüceyrələrinə çevrilir. Bakteriyalar üçün lazım olan oksigen sovurucu vasitəsilə təmin edilir. Disk tipli diffuzorlar havanın bərabər və incə qabarcıq şəklində çənin dibinə paylanması üçün istifadə olunur.. Havalandırmadan sonra sovurucu avtomatik olaraq sönür və çökməyə buraxılır. Sudan daha ağır olan aktiv lil çənin dibinə çökdüyü halda, təmizlənmiş şəffaf faza nasos vasitəsilə təmizlənmiş su çəninə göndərilir. Nasos vasitəsilə təmizlənmiş su çənindən götürülən su qum filtrindən və karbon filtrindən keçirilərək yaşıllıq zonasının suvarılmasında istifadə olunur.
Məişət tullantı suları əvvəlcə balanslaşdırıcı çənə gəlir və oradan sualtı nasosların köməyi ilə iki bioloji qurğuya vurulur. Təmizlənmiş tullantı suları qum filtrinə, burada isə təmiz su çəninə aparılır, oradan isə suvarma məqsədləri üçün istifadə olunur və ya birbaşa axıdılır.