TİBBİ TULLANTILARIN İDARƏEDİLMƏSİ
Tibbi tullantıların qablaşdırılması, daşınması və məhv edilməsi üzrə prosesin axını aşağıdakı kimi qeyd edilir:
•Rayon xəstəxanalarındakı dolmuş tibbi tullantı qablarının yeni, dezinfeksiya edilmiş boş qablar ilə dəyişdirilməsi
•Dezinfeksiya edilmiş tibbi tullantı olan plastik qabların və plastik torbaların xüsusi təyinatlı texnikalarla yığılması
•Tibbi tullantıların xəstəxanalardan ECO şirkətinin Qaradağ və Hacıqabul rayonları ərazisindəki çeşidləmə və yığılma üzrə əməliyyat sahəsinə çatdırılması.
•Anbar ərazisindəki tibbi tullantıların yenidən dezinfeksiya edilərək zibil qutularından çıxarılması və böyük ikiqat (1 ton yükgötürmə qabiliyyətli) torbalara yığılması
•Böyük torbaların yenidən dezinfeksiya edilərək müvafiq yük maşınlarına çəngəlli yükləyici (forklift) vasitəsiylə yüklənməsi
•Tibbi tullantıların təyinatı üzrə yandırma və məhvetmə sahəsinə çatdırılması
•Tibbi tullantıların yüksək temperaturlu xüsusi yandırma sobalarında yandırılaraq zərərsizləşdirilməsi
Tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi zamanı istifadə edilən avadanlıq və materiallar:
•240 L həcmli təkərli zibil qutuları
•50x60 və 80x110 ölçülü 25 mikron qalınlığında polietilen sellofan
•1T yükgötürmə qabiliyyəti olan ikiqat torbalar
•Tibbi tullantı qablarının yuyulması və dezinfeksiya edilməsi
•Dezinfeksiya edilmiş tibbi tullantının ikiqat polietilen paketlerə yığılması və dezinfeksiya edilməsi