«ИНСИ С-500» INSİNERATOR-YANDIRMA QURĞUSU
ECO Logistics & Waste management MMC – nin Hacıqabul Sənayə Məhəlləsində yerləşən «ИНСИ С-500» insinerator-yandırma qurğusu Rusiya istehsalıdır. Qurğu bərk məişət, tibbi, bioüzvi tullantıların yüksək tempraturda yandırılma yolu ilə utilizasiyası üçün nəzərdə tutulub
Avadanlıq iki yanma kamerasından ibarətdir. Onun birinci kamerasında üzvi maddələrin termik parçalanması həyata keçirilir ki, burada yanmayan kül alınır. Bundan sonra ikinci kamerada qazlar tam oksidləşərək karbon qazı və su buxarı əldə edilir. Yanma prosesi 800 dərəcə C temperaturda həyata keçirilir. Kameralar xüsusi odadavamlı astarla təchiz olunub ki, bu da onların 10.000 saat müddətində işləməsini təmin edir.
Yandırma qurğusu poladdan hazırlanmış tüstüötürücü boru ilə təchiz edilib. Yanma prosesində yanacaq olaraq təbii qaz və dizel istifadə edilir. Bundan əlavə, avadanlıq xüsusi havalandırma sistemi ilə təchiz edilib və bu da yanmanın tam həyata keçirilməsini təmin edir. Qeyd edək ki, qurğunun istismarı zamanı atmosferə atılan zərərli maddələrin miqdarı yol verilən qatılıq həddini keçmir
Yükləmə həcmi: 3500 kq-a qədər
Yanma sürəti: 500 kq/saata qədər
Tullantıların növləri: tibbi, bioorqanik, MSW
Ölçülər (bacasız), m (HxUxW): 2.3x6.3x2.55
Çəki, kq: 14500